• Bakı 25° C

    10.27 m/s

  • USD - 1.7

    EUR - 1.9442

    RUB - 2.1954

Gərginlikdən sonra İLK GÖRÜŞ – Meloni Trampı belə salamladı

DÜNYA

08 Iyul 2026 | 13:00

Gərginlikdən sonra İLK GÖRÜŞ – Meloni Trampı belə salamladı

NATO-nun Ankara sammiti çərçivəsində ABŞ Prezidenti Donald Tramp və İtaliyanın Baş naziri Ciorcia Meloni arasındakı salamlaşma anları sosial şəbəkələrin əsas müzakirə mövzusuna çevrilib.

Bakıvaxtı.az xəbər verir ki, iki liderin kameralara düşən qısa dialoqu və bədən dili beynəlxalq medianın diqqətindən yayınmayıb.

Salamlaşma zamanı İtaliya Baş nazirinin hərəkətlərində müəyyən narahatlıq və soyuqluq hiss olunub.

Qeyd edək ki, son həftələrdə iki lider arasında münasibətlərdə ciddi gərginlik yaşanır. Belə ki, Fransada keçirilən G7 sammitindən sonra Tramp Meloninin onunla şəkil çəkdirmək üçün yalvardığını açıqlayıb.

İtaliya Baş naziri isə bu açıqlamanı təkzib edib. Sonrakı günlərdə də tərəflər biri-birilərinin ünvanına müxtəlif ittihamlar səsləndiriblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Iyul 2026