• Bakı 26° C

    10.27 m/s

  • USD - 1.7

    EUR - 1.9442

    RUB - 2.1954

Mən olmasaydım, Ərdoğan İsraillə müharibə edərdi - Tramp

DÜNYA

08 Iyul 2026 | 13:42

Mən olmasaydım, Ərdoğan İsraillə müharibə edərdi - Tramp

"Mən olmasaydım, Ərdoğan İsrailə qarşı müharibəyə girə bilərdi",

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald TrampTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla münasibətlərindən danışarkən deyib.

NATO Baş katibi Mark Rutte ilə görüşdə Birləşmiş Ştatalra lideri qeyd edib:

"Ərdoğanı sevirəm. Məni çox yüksək səviyyədə qarşıladı. O möhtəşəmdir. Amma Benyamin Netanyahu dünən Türkiyə və Ərdoğan haqqında sərt fikirlər səsləndirdi.

Mən onunla danışdım və dedim ki, o, İsraili çox sevmədiyi, Netanyahunu də bəyənmədiyi üçün müharibəyə qoşula bilərdi. Ancaq mənim xahişimə görə bunu etmədi.

Türkiyə hərbi baxımdan çox güclü dövlətdir. Onun milyonlarla əsgəri var. Onlar "F-35" təyyarələrini almağa çalışırlar. Amma o, müharibəyə girmədi. Girmək istəyirdi və əgər mən olmasaydım, o müharibəyə girəcəkdi. O zaman isə qarşı tərəfdə yer alacaqdı".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Iyul 2026