• Bakı 17° C

    1.37 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Aİ İrana qarşı sanksiyalar tətbiq edib

DÜNYA

08 Iyun 2026 | 15:55 | Müəllif: Əli Hüseynov

Aİ İrana qarşı sanksiyalar tətbiq edib

Avropa İttifaqı (Aİ) Hörmüz boğazında gəmiçilik azadlığını təhdid etdiyinə görə iki İran vətəndaşına və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bölməsinə qarşı sanksiyalar tətbiq edib.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Avropa Xarici Əlaqələr Xidmətinin (EEAS) bəyanatında qeyd olunub.

Sanksiya siyahısına SEPAH-ın Hörmüzgan əyalətinin Hərbi-Dəniz Qüvvələrinin komandanlığı, həmçinin Məhəmməd Əkbərzadə və Həmid Hüseyni daxil edilib.

Məlumatda bildirilib ki, Əkbərzadə SEPAH-ın Hərbi-Dəniz Qüvvələrinin siyasi məsələlər üzrə komandir müavini, Hüseyni isə İranın neft, qaz və neft-kimya məhsulları ixracatçıları İttifaqının nümayəndəsidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Oktyabr 2026