• Bakı C

    5.69 m/s

  • USD - 1.7

    EUR - 1.974

    RUB - 2.1677

Xatun efirdə AĞLADI - VİDEO

ŞOU

10 Mart 2026 | 18:17

Xatun efirdə AĞLADI - VİDEO

Azərbaycanlı müğənni Xatun Əliyeva televiziya proqramlarından birində kövrək anlar yaşayıb.

Bakıvaxtı.az xəbər verir ki, canlı yayım zamanı mərhum qardaşının xatirəsinə həsr etdiyi şeiri səsləndirən sənətçi emosiyalarını saxlaya bilməyib. Şeiri oxuyarkən duyğulanan Xatun göz yaşlarına hakim ola bilməyib və studiyada təsirli anlar yaşanıb.

Proqram zamanı sənətçinin yaşadığı kədərli anlar izləyiciləri də kövrəldib. Sosial şəbəkələrdə yayılan həmin görüntülər qısa müddətdə diqqət çəkərək çoxsaylı şərhlər toplayıb.

İzləyicilər müğənniyə dəstək mesajları yazaraq onun acısını bölüşdüklərini bildiriblər.


SON XƏBƏRLƏR