• Bakı 25° C

    13.94 m/s

  • USD - 1.7

    EUR - 1.9345

    RUB - 2.1711

Disney 1000-ə yaxın iş yerini ixtisar etməyi planlaşdırır

ŞOU

09 Aprel 2026 | 16:42

Disney 1000-ə yaxın iş yerini ixtisar etməyi planlaşdırır

Dünyanın ən böyük əyləncə və media şirkəti olan Amerikanın "Walt Disney Co." şirkəti yaxın həftələrdə 1000-ə qədər iş yerini ixtisar etməyi planlaşdırır. 

Bakıvaxtı.az "The Wall Street Journal"a istinadən xəbər verir ki, şirkətin birləşmiş marketinq bölməsində əhəmiyyətli dərəcədə ixtisarlar gözlənilir.

Məlumata görə, Disney əməkdaşlığı təkmilləşdirmək və xərcləri optimallaşdırmaq üçün müxtəlif strukturlarını birləşdirir. Yanvar ayında şirkət bir neçə bölməsinin marketinq funksiyalarını birləşdirib və hazırda "Disney+" və "Hulu" yayım xidmətlərinin işçilərini birləşdirmək prosesindədir.

Disney həmçinin böyümə potensialı gördüyü rəqəmsal biznesinə investisiya qoymaq üçün vəsait ayırmağa çalışır.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Iyul 2026