"Bəstəkar dostlarımız bizə gəlib səsyazanı açırdılar, məni oxutdururdular və səsimi yazırdılar. Üstündən bir həftə keçəndə görürdüm radioda mahnım gedir. Zəng vururdum ki, mənim mahnım deyil? Hamısı tanınmış ifaçıdır, adlarını çəkməyim ayıb olar. İndi edə bilmirlər, çünki görüşmürük. İndi ayılmışam".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Ramal İsrafilov "Sevimli səhər" verilişində deyib. O bildirib ki, məşhur ifaçılar onun bəstələrini oğurlayıb:
"Məni Brilliant Dadaşova ayıltdı ki, diqqətli ol. Gəlib səsini yazırlar".
Ramal bir də canlı efirdə oxumayacağını deyib:
"Yaxşı musiqiçilər olan efirdə oxumaq olar. Amma söz vermişəm, efirdə canlı ifa etməyəcəyəm".
Qeyd edək ki, Ramalla Əməkdar artist Abbas Bağırov arasında "Aləm gözəl" mahnısı üstündə qalmaqal yaşanmışdı.
Bakı 




