• Bakı 22° C

    4.92 m/s

  • USD - 1.7

    EUR - 1.9737

    RUB - 2.3076

İbrahim Tatlıses yenidən xəstəxanaya yerləşdirildi

ŞOU

05 Iyun 2026 | 12:19

İbrahim Tatlıses yenidən xəstəxanaya yerləşdirildi

Bu yaxınlarda xəstəxanadan evə buraxılan türkiyəli məşhur sənətçi İbrahim Tatlıses yenidən klinikaya yerləşdirilib.

Bakıvaxtı.az bu barədə "Sabah"a istinadən xəbər verir ki, uzun müddətdir səhhətində problemlər yaranan 78 yaşlı müğənni Ankaradakı xəstəxanalardan birinə aparılıb.

Xatırladaq ki, İbrahim Tatlıses aprelin 7-də ağır infeksiya səbəbindən xəstəxanada müalicəyə cəlb olunmuşdu.

Öd kisəsindəki problemlə bağlı müğənninin əməliyyatı uğurlu keçmişdi. Müalicə prosesindən sonra Tatlıses aprelin 22-də xəstəxanadan evə göndərilmişdi.


SON XƏBƏRLƏR

04 Iyun 2026