• Bakı 26° C

    0.76 m/s

  • USD - 1.7

    EUR - 1.9459

    RUB - 2.1915

Puqaçovanın Rusiyadakı var-dövləti açıqlandı

ŞOU

04 Iyul 2026 | 19:16

Puqaçovanın Rusiyadakı var-dövləti açıqlandı

Müğənni Alla Puqaçovanın Rusiyadakı aktivləri və gəlirləri ilə bağlı yeni məlumat yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, "Tsarqrad" nəşrinin iddiasına görə, sənətçinin Rusiya bank hesablarında 120 milyon rubl (təxminən 2,6 milyon manat) vəsaiti qalır. Bildirilir ki, həmin məbləğ bank faizləri hesabına ona gəlir gətirməyə davam edir.

Məlumata əsasən, bu, Puqaçovanın Rusiyadakı aktivlərinin yalnız bir hissəsidir. Onun hələ də İstra su anbarı yaxınlığında bağ evi, Moskvanın Filippovski döngəsində mənzili və "Tvorçestvo" yaşayış massivində bağı olduğu qeyd edilib.

Nəşr yazır ki, müğənninin əsas gəlir mənbəyi isə 200-dən çox mahnısına olan müəllif hüquqlarıdır. Alla Puqaçovanın Rusiyada "xarici agent" statusu olmadığı üçün onun musiqilərinin konsertlərdə, filmlərdə və reklamlarda istifadəsinə görə qonorar almağa davam etdiyi bildirilib.

Qeyd olunub ki, Moskva vilayətinin Gryazi kəndində yerləşən məşhur qəsr isə Alla Puqaçovaya məxsus deyil. Mülkün həyat yoldaşı Maksim Qalkinin nikahdan əvvəl əldə etdiyi əmlakı olduğu, sonradan isə qəsrin 1/6 hissəsinin övladları Liza və Harrinin adına rəsmiləşdirildiyi iddia edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR