• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Əməkdar artist: "2 dəfə səs tellərimdən əməliyyat olundum"

ŞOU

04 Iyul 2026 | 18:00 | Müəllif: Subhan Mahmudov

Əməkdar artist: "2 dəfə səs tellərimdən əməliyyat olundum"

Əməkdar artist Ruhəngiz Allahverdiyeva toylara getməməsindən və maddi çətinliklərdən danışıb.

Bakıvaxtı.az axşam.az-a istinadən bildirir ki, müğənni bu barədə "Xəzər axşamı" verilişində açıqlama verib. O bildirib ki, əvvəllər toy məclislərinə çox getsə də, indi bu dəvətlər olmur:

"Əvvəl cəmi 3 ay toy mövsümü olurdu. Hər gün toya gedirdim. İndi cəmi iki ay toy edilmir. Səsim batdı, gedə bilmədim. İki dəfə səs tellərimdən əməliyyat olundum. Sonra ailəmdə qadağalar oldu, gedə bilmədim. Bununla belə, uşaqlarımı böyütdüm, təhsil verdim. Müğənnini geyindirmək çətindir, çox pul lazımdır. Özümü 52 ildir özüm maliyyələşdirmişəm, geyinmişəm. Dörd-beş ailəni saxlamaq çətindir".

R.Allahverdiyeva modelyer olsaydı, daha böyük uğurlar qazana biləcəyini də vurğulayıb:

"Düşünürəm ki, modelyer olsaydım, daha yaxşı dolanardım. Məni dünya tanıyardı. Dünyada olan modelyerlərlə ayaqlaşacaq sənətim var".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026