Türkiyəli aktrisa, müğənni Sevcan Orhanın nişanlısı, Buca Bələdiyyəsinin rəhbəri Görkem Duman həbs olunub.
Bakıvaxtı.az xəbər verir ki, ifaçının nişanlısı İzmirdə, Buca Bələdiyyəsi və onunla əlaqəli şirkətləri hədəf alan korrupsiya istintaqı çərçivəsində tutulub. Görkemlə yanaşı keçmiş Buca Bələdiyyə Başçısı Erhan Kılıç və keçmiş CHP Buca Rayon Başçısı Çağdaş Kaya məhkəmədə hakim qarşısına çıxarılıb. Onlar barəsində həbs qərarı verilib.
Ümumilikdə 9 nəfərin həbs edilib, dörd nəfər məhkəmə nəzarəti altında sərbəst buraxılıb.
Qeyd edək ki, Sevcan və Görkem öt ayən sonları nişanlanıb. Cütlüyün sentyabrda toyu olacağı deyilirdi.
Bir müddət əvvəl sözügedən bələdiyyənin işçiləri maaşlarının verilmədiyini bildirərək etiraz aksiyası keçirmişdi. Elə həmin vaxt sədrin Sevcanla birgə Phuket adasında dincəldiyi bəlli olub. Narazılıqdan sonra onlar tətildən fotolarını sosial media hesablarından siliblər.
Bakı 




