2010-cu ildə Cənubi Afrikada keçirilən FIFA Dünya Kubokuna "Waka Waka" mahnısı ilə möhür vuran və turnir tarixinin ən ikonik marşlarından birinə imza atan Kolumbiyalı superulduz Şakira futbolsevərlərə böyük müjdə verib.
Bakıvaxtı.az xəbər verir ki, Şakira 16 ildən sonra yenidən futbol dünyasını titrətməyə hazırlaşır. O, ABŞ, Kanada və Meksikanın ortaq ev sahibliyi edəcəyi 2026 FIFA Dünya Kuboku üçün hazırlanan rəsmi mahnını elan edib.
Şakira bu dəfə Nigeriyalı ulduz Burna Boy ilə bir araya gəlib. "Dai Dai" mahnısı 14 may tarixində rəsmi olaraq işıq üzü görəcək./Milli.az
Bakı 




