q
  • Bakı 14° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.9951

    RUB - 2.2513

“Yeni sədrin kimliyinin mənim üçün isti-soyuğu yoxdur” - Baba Vəziroğludan SƏRT MESAJ

CƏMİYYƏT

07 May 2026 | 17:15

“Yeni sədrin kimliyinin mənim üçün isti-soyuğu yoxdur” - Baba Vəziroğludan SƏRT MESAJ

Mayın 8-də Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin iclası keçiriləcək. Bu barədə AKİ-dən bildirilib.

Qeyd edilib ki, İdarə Heyətinin iclasında qurultayın vaxtı təyin ediləcək, gündəliyi təsdiqlənəcək və katibliyin gördüyü işlər barədə hesabat dinləniləcək.

Həmçinin ittifaqdan bildirilib ki, qurultay mayın 21-dən sonra keçiriləcək.

Xatırladaq ki, ittifaqın keçmiş sədri Xalq artisti Rasim Balayev olub. O, martın 29-da vəfat edib.

Maraqlıdır, AKİ üzvləri kimi qurumda yeni sədr görmək istəyirlər?

Bakıvaxtı.az-ın bu sualını cavablandıran Əməkdar incəsənət xadimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Baba Vəziroğlusabah İdarə Heyətinin iclasının olacağını xatırladaraq, sədrin quruktayda seçiləcəyini deyib:

“Sədrliyə namizədlər saytlarda və ya mətbuatda verilmir. Namizədlər qurultayda irəli sürülür”.

“Dəfələrlə demişəm ki, mənim namizədim Rasim Balayev idi, biz də onu seçdik. Mənim ürəyimdə başqa heç bir namizəd yoxdur. Rasim Balayev mənim ilk və son namizədim idi”, - deyə Baba Vəziroğlu şəxsi mövqeyini açıqlayıb.

AKİ-nin katibi vurğulayıb ki, yeni sədrin kim olmasının onun üçün heç bir isti-soyuğu yoxdur:

“Mənim üçün yeganə istək keçən qurultayda Rasim Balayev idi. Biz onu namizəd vermişdik və o da seçildi. Onda ürəyim rahat oldu. İndi də sakitəm, kim seçilirsə, seçilsin.

Bu, səsvermə yolu ilə həll olunan məsələdir. Saytlarda namizədlərin adını yazanları qınamaq lazımdır. Çünki namizədlər saytlarda irəli sürülmür, qurultayda irəli sürülür və orada səsvermə keçirilir. İndidən biri deyir filankəs sədr olsun, o biri deyir Hüseyn olsun, digəri deyir Mamed olsun… Heç olmasa, özlərinə hörmət etsinlər. Rasim Balayevin 40-ı hələ bu gün çıxır”.

Aynur Babazadə


SON XƏBƏRLƏR