Gəncə Dəmir Yolu Xəstəxanasının külli miqdarda rüşvət almaqda və dələduzluqda ittiham olunan sabiq baş həkimi Vidadi Seyidovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Bakıvaxtı.az Pravda.az-a istinadən xəbər verir ki, Ali Məhkəmədə hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən son iclasda qərar elan olunub, kassasiya şikayəti təmin edilməyib.
İttihama görə, V.Seyidov baş həkim vəzifəsində işləyən müddətdə ona yaranan inam və etibardan sui-istifadə edib. Öz qulluq mövqeyindən istifadə edərək bir neçə şəxsə pensiya müavinəti düzəldəcəyi, xəstəxanada işlə təmin edəcəyi ilə bağlı yalan vədlər verib. Bundan əlavə, bir neçə nəfərdən rüşvət alıb. O, zərərçəkmişlərdən birindən pulu oğlunun təhsilhaqqını ödəmək, digərindən isə dərman biznesi qurmaq adı ilə götürüb.
Baş həkimin əməlindən 9 nəfər zərər çəkib. Onlara dəymiş ziyanın isə ümumilikdə 250 min manat civarındadır.
Təqsirləndirilən şəxs ona elan olunan ittihamlarla özünü qismən təqsirli bilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Seyidov 8 il 8 ay 23 gün müddətinə azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsi onun apellyasiya şikayətini təmin etməyib.
Bakı 




