• Bakı 21° C

    3.16 m/s

  • USD - 1.7

    EUR - 1.9737

    RUB - 2.3076

Bu yoldakı keçidin eskalatorları işləmir - VİDEO

CƏMİYYƏT

06 Iyun 2026 | 00:28

Bu yoldakı keçidin eskalatorları işləmir - VİDEO

Salyan şosesində yerləşən, Bayıl qəsəbəsini Dənizkənarı Bulvar ərazisi ilə birləşdirən piyada keçidində eskalatorların aylardır işləmədiyi iddia edilir.

Bakıvaxtı.az xəbər verir ki, vətəndaşların sözlərinə görə, eskalatorun işləməməsi gündəlik hərəkəti çətinləşdirir.

Sakinlərin fikrincə, belə intensiv istifadə olunan ərazidə yerləşən yeraltı keçiddə bu problemin uzun müddət aradan qaldırılmaması anlaşılan deyil.  

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, Dövlət proqramına uyğun olaraq, müxtəlif səviyyəli piyada keçidlərində nasaz eskalatorların, liftlərin və elektrik pandusların təmiri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparılacaq.

Promblemin nə vaxt həll olunacağı ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti ilə də əlaqə saxladıq. Qurumdan bildirildi ki, hazırda Avtomobil Yolları Dövlət Agentliyinin balansında olan sözügedən eskalator və mexanizmlər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yenilənərək balansa qəbul ediləcək.  

Daha ətraflı “Xəzər TV”nin süjetində:


SON XƏBƏRLƏR

05 Iyun 2026