Aparıcı Zaur Kamal ötən gün medianı və bütün izləyicilərini aldadıb.
Bakıvaxtı.az Olay.az-a istinadən xəbər verir ki, o, guya qəzaya düşməsi ilə bağlı paylaşım edib.
Zaur 2020-ci ildə paytaxtda baş verən yol-nəqliyyat qəzalarından birinin fotosunu paylaşaraq “Bu da belə getdi” deyə bildirib.
Z.Kamal bununla da kifayətlənməyib, Axsam.az-a açıqlama verərək “qəza”nın Gəncəyə çataçatda baş verdiyini, özünün yaxşı olduğunu söyləyib.
Xəbərlərin paylaşımından sonra sözügedən fotonun 2020-ci ildə Bakıda qəzaya düşən “Mersedes Gelandevagen” markalı avtomobilə məxsus olduğu üzə çıxıb.
Bakı 



