• Bakı 10° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Nazir müavinindən Bakı Qızlar Universiteti ilə bağlı açıqlama

CƏMİYYƏT

04 Avqust 2026 | 22:02 | Müəllif: Subhan Mahmudov

Nazir müavinindən Bakı Qızlar Universiteti ilə bağlı açıqlama

Bakı Qızlar Universitetində təhsil alan tələbələrin köçürülməsi ilə bağlı proses davam edir.

Bakıvaxtı.az "Azərbaycan müəllimi"nə istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Həsənli deyib.

O, bu prosesin gedişində hər hansı məsələləri şərh etməyin o qədər də səmərəli olmadığını bildirib:

"Biz gözləməliyik ki, proses yekunlaşsın. İlk növbədə, tələbələrin təhsillərini davam etdirməsi üçün görülən işlər tamamlanmalıdır. Orada çalışan pedaqoji heyətin fəaliyyəti davam etdirib-etdirməməsi ilə bağlı da nazirliyin müvafiq məlumatı olacaq”.

Nazir müavini bildirib ki, tələbələrin hamısının bir universitetə köçürülməsi mümkün olmayacaq:

“Hər bir tələbənin hansı universitetə köçürüləcəyini isə bu mərhələdə açıqlamaq çox çətindir”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026