• Bakı 27° C

    1.24 m/s

  • USD - 1.7

    EUR - 1.9609

    RUB - 2.1411

Qonşusunu döyərək hədə-qorxu gələn qadın bəraət aldı

CƏMİYYƏT

04 Avqust 2026 | 19:15

Qonşusunu döyərək hədə-qorxu gələn qadın bəraət aldı

Qonşusunu döyərək hədə-qorxu gəlməkdə təqsirləndirilən Təhminə Abuşovanın Apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Unikal"a təqsirləndirilən şəxsin vəkili Şakir Ələsgərov məlumat verib. 

Vəkilin sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsinin hakimi Zəfər Əhmədovun sədrliyi ilə keçirilən prosesdə müvəkkilinə bəraət hökmü çıxarılıb. 

Xatırladaq ki, bu ilin fevralında Bakı Ağır Cinayətlər Məhkəməsində Təhminə Abuşova barəsində 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarılmışdı. 

Dövlət ittihamçısı Eldar Məmmədov ittiham nitqi ilə çıxış edərək məhkəməyə təqsirləndirilən şəxsin 7 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

Ona qarşı Cinayət Məcəlləsinin 182.2 – ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmə istintaqı dövründə hökm zamanı isə 182.1-ci maddəyə tövsüf edilib. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR