q
  • Bakı 19° C

    3.33 m/s

  • USD - 1.7

    EUR - 1.9951

    RUB - 2.2513

"Ən yaxşı təqdimat" müsabiqəsinin qalibləri məlum oldu

SİYASƏT

07 May 2026 | 11:50

Ən yaxşı təqdimat müsabiqəsinin qalibləri məlum oldu

Azərbaycan dövlətinin memarı və qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsi uğurla yekunlaşıb.

Bakıvaxtı.az xəbər verir ki, Ulu öndərin zəngin siyasi irsinin və şərəfli həyat yolunun gənc nəsil tərəfindən daha dərindən öyrənilməsi məqsədilə təşkil olunan müsabiqədə bu il ölkə üzrə ümumilikdə 3181 şagird iştirak edib.

Müsabiqə komissiyası tərəfindən təqdimatlar qiymətləndirilib və hər bir rayon və şəhər üzrə müəyyən olunmuş kvotaya əsasən 87 şagird yekun – ölkə mərhələsində iştirak hüququ qazanıb.

Ölkə mərhələsində iştirak edən şagirdlər verilmiş 5 mövzudan biri üzrə təqdimatla çıxış ediblər. Onların çıxışları komissiya tərəfindən dinlənilərək qiymətləndirilib və nəticədə 33 şagird qalib elan olunub. Qaliblərdən 6 nəfər I, 11 nəfər II, 16 nəfər isə III yerə layiq görülüb.

Təhlillər göstərir ki, müsabiqə iştirakçıları yüksək bilik və geniş məlumat bazasına malik olduqlarını nümayiş etdirərək Heydər Əliyev irsini, müasir Azərbaycan tarixini, eləcə də ölkənin siyasi, iqtisadi və mədəni inkişaf reallıqlarını dərindən mənimsədiklərini ortaya qoyublar.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

06 May 2026