Rusiyanın Ural bölgəsində fəaliyyət göstərən Azərbaycan diasporu növbəti dəfə sosial həmrəylik və humanizm nümunəsi ortaya qoyub.
Bakıvaxtı.az xəbər verir ki, “Azərbaycan-Ural” Regionlararası Təşkilatının Ural Federal Dairəsi üzrə rəhbəri Hacı Kərimin təşəbbüsü və “14 Məsum” məscidinin dəstəyi ilə kimsəsizlər və əlillər üçün nəzərdə tutulmuş sığınacağa xeyriyyə ziyarəti təşkil edilib.
Ziyarət çərçivəsində sığınacaqda yaşayan 100-dən çox pasiyent üçün ərzaq məhsulları, meyvə və tərəvəzlər təqdim olunub. Bu təşəbbüs sakinlər tərəfindən böyük minnətdarlıq və sevinc hissi ilə qarşılanıb.
Tədbir zamanı sığınacağın direktoru Andrey Vladimiroviç Popov və direktor müavini Anastasiya Pavlovna Belousova ilə görüş keçirilib, gələcək əməkdaşlıq və sosial dəstək məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Ziyarət çərçivəsində sığınacaqda yaşayan əlil həmvətənlərimiz Vidadi Ağacan oğlu və Canpolad Abbas oğlu ilə də səmimi görüş baş tutub. Onların qayğıları dinlənilib, mənəvi dəstək göstərilib.
Xeyriyyə aksiyasında Kərbəlayı Sərvan Sabir oğlu oğlu Musa ilə, Elmar Adil oğlu oğlu Saday ilə, Füzuli Usub oğlu, Hacı Fuad Güloğlan oğlu və Cəfər İlqar oğlu da iştirak edərək bu nəcib təşəbbüsə öz töhfələrini veriblər.
Belə sosial aksiyalar həm soydaşlarımız arasında birlik və həmrəyliyin güclənməsinə, həm də cəmiyyətin həssas təbəqələrinə diqqət və qayğının artırılmasına mühüm töhfə verir.
Murad Məmmədli
Bakı 

















