q
  • Bakı 20° C

    2.4 m/s

  • USD - 1.7

    EUR - 1.9951

    RUB - 2.2513

Almaniyadan sərt qərar: Rusiya bayrağına qadağa...

DÜNYA

07 May 2026 | 07:54

Almaniyadan sərt qərar: Rusiya bayrağına qadağa...

Almaniyanın paytaxtı Berlində 8 və 9 may tarixlərində keçiriləcək İkinci Dünya Müharibəsinin başa çatmasına həsr olunmuş anım tədbirləri öncəsi qalmaqal yaranıb.

Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, Berlin polisi Sovet İttifaqı və Rusiya ilə əlaqəli bayraq, simvol, hərbi mundir və mahnıların istifadəsini qadağan edib.

22 aprel 2026-cı il tarixli qərara əsasən, məhdudiyyətlər “Treptow”, “Tiergarten” və “Schönholz” meşəsində yerləşən sovet memorial komplekslərini əhatə edir. Polis bu addımın təhlükəsizlik məqsədi daşıdığını və tədbirlər zamanı mümkün qarşıdurmaların önlənməsi üçün atıldığını bildirib.

Almaniyadakı Rusiya səfirliyi isə qərara sərt reaksiya verib. Səfirlik “Agence France-Presse” agentliyinə göndərdiyi açıqlamada Berlin hakimiyyətinin addımını absurd və kinli qərar adlandırıb. Diplomatik nümayəndəlik bəyan edib ki, bu qadağalar sovet əsgərlərinin nəsillərinin, veteranların və qonaqların nasizmin məğlub edilməsinin ildönümünü layiqincə qeyd etməsinə mane olur.

Rusiya səfirliyi qadağaların ləğv edilməsinə çağırıb və nasist cinayətlərinin Sovet İttifaqı xalqlarına qarşı törədilmiş “soyqırımı” kimi tanınmasını tələb edib.

Berlin polisi isə növbəti açıqlamasında qeyd edib ki, Rusiyanın Ukrayna ərazilərini işğala başlamasından  sonra 8 və 9 may tədbirlərində oxşar məhdudiyyətlər tətbiq olunur: "Ukrayna müharibəsi fonunda və Berlində ukraynalı qaçqınların sayının artması səbəbindən əvvəllər problem yaratmayan bəzi davranışlar indi təhlükə riski hesab olunur".

Aydın


SON XƏBƏRLƏR

06 May 2026