• Bakı 21° C

    3.16 m/s

  • USD - 1.7

    EUR - 1.9737

    RUB - 2.3076

Trampın İranla bağlı qərarı düzgündür - Putin

DÜNYA

05 Iyun 2026 | 23:27

Trampın İranla bağlı qərarı düzgündür - Putin

Rusiya lideri ABŞ Prezidenti Donald Trampın hərbi əməliyyatları dayandırmaq qərarını düzgün adlandırıb və regionda sülhə ümid etdiyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bunu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (SPIEF) plenar iclasında açıqlayıb.

O, həmçinin qeyd edib ki, Moskva Buşehr nüvə elektrik stansiyasındakı vəziyyətlə bağlı da daxil olmaqla, Vaşinqton, Tehran və Təl-Əvivlə əlaqə saxlayır:

"Hər kəs bizə stansiyanın yaxınlığında təsadüfən raket düşmələrinin baş verdiyinə zəmanət verir. Hər kəs bizə bunun qəza olduğunu və bir daha təkrarlanmayacağına zəmanət verir. Bizi aldatdıqlarına inanmaq üçün heç bir səbəbim yoxdur. Vəziyyət sakitləşdikdən sonra Rusiya ölkədə nüvə obyektlərinin tikintisini davam etdirəcək. Lakin, İranın dinc nüvə layihələrinə qoyulan məhdudiyyətlərlə bağlı narahatlıqlarının aradan qaldırılması da burada rol oynaya bilər".

Müharibənin səbəblərindən danışan Putin bildirib ki, ABŞ-la münaqişədə İran tərəfindən heç bir təxribat görmür:

"Hesab edirəm ki, biz o vaxt razılığa gəldik, İranın nüvə proqramı ilə bağlı müvafiq razılaşmanı qəbul etdik və hər şey Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA)nəzarəti altında idi. Lakin təəssüf ki, o zaman vəziyyət fərqli şəkildə, fərqli bir çərçivədə inkişaf etdi".

Rusiya lideri vurğulayıb ki, Moskvanın Tehranın nüvə silahı inkişaf etdirməyə çalışdığı barədə heç bir məlumatı yoxdur:

"İsrailin narahatlıqları hamıya məlumdur; onlar İranın nüvə silahı inkişaf etdirməyə çalışdığı barədə fikirlərindən irəli gəlir. Tehran dəfələrlə, həm əvvəllər, həm də hazırda bu cür silahlar əldə etmək planlarının olmadığını bildirib. Bu vəziyyətdə əsas problem qarşılıqlı etimadın olmamasıdır"./Report


SON XƏBƏRLƏR

05 Iyun 2026