• Bakı 26° C

    5.01 m/s

  • USD - 1.7

    EUR - 1.9459

    RUB - 2.1915

Fransada meşə yanğını 1,5 min hektar ərazini əhatə edib

DÜNYA

05 Iyul 2026 | 19:14

Fransada meşə yanğını 1,5 min hektar ərazini əhatə edib

Fransanın cənub-qərbində yerləşən Şərqi Pireney departamentində baş verən meşə yanğını artıq 1,5 min hektar əraziyə yayılıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə departamentin prefekti Pyer Reno məlumat verib.

Prefektin sözlərinə görə, yanğın Trivellaş kommunası ərazisində çox sürətlə yayılıb. Təkcə bazar gününə keçən gecə alov 900 hektardan çox ərazini bürüyüb. Yanğının söndürülməsinə 700 yanğınsöndürən, 200 texnika, həmçinin 9 təyyarə və helikopter cəlb edilib.

Hazırda güclü külək və yanğının baş verdiyi ərazinin çətin keçilən olması səbəbindən alovun yayılmasının qarşısını almaq mümkün olmayıb. Prefekt günün sonunadək hakimiyyət orqanlarının çoxgünlük “Tour de France” velosiped yarışının növbəti mərhələsinin ləğvi barədə qərar qəbul edə biləcəyini də istisna etməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Iyul 2026