Ermənistanın hakim "Vətəndaş Müqaviləsi" fraksiyasından namizəd Hayk Koncoryan Ermənistan Parlamentinin vitse-spikeri seçilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Parlamentin Hesablama Komissiyasının sədri Lilit Minasyan YouTube-da yayımlanan iclas zamanı bildirib.
"105 millət vəkilindən 91-i səsvermədə iştirak edib. Səslər aşağıdakı kimi paylanıb: 63-ü lehinə, 28-i əleyhinə səs verib", - deyə o izah edib.
Müxalifətdəki "Güclü Ermənistan" fraksiyası hakim partiyanın namizədinin əleyhinə səs verdiyini bildirib. Lakin "Ermənistan" fraksiyası seçkilərdə iştirak etməyib.
Parlament daha iki vitse-spikeri seçəcək: biri hakim fraksiyadan, digəri isə müxalifətdən.
Bakı 



