• Bakı 26° C

    5.01 m/s

  • USD - 1.7

    EUR - 1.9459

    RUB - 2.1915

Rusiyaya Belarusdan benzin idxalı tarixi maksimuma çatıb

DÜNYA

05 Iyul 2026 | 18:01

Rusiyaya Belarusdan benzin idxalı tarixi maksimuma çatıb

Bu, may ayı ərzində tədarük olunan həcmdən 2,4 dəfə, 2025-ci ilin iyun ayı ilə müqayisədə isə təxminən 141 dəfə çoxdur. Həmin dövrdə idxal cəmi 1 min ton təşkil etmişdi. 

Bakıvaxtı.az xəbər verir ki, Belarus əvvəllər Mərkəzi Asiya ölkələri üçün nəzərdə tutulan yanacağı Rusiyaya yönəldib.

İdxalın artması Rusiya yanacaq bazarında vəziyyəti yaxşılaşdırsa da, yanacaq çatışmazlığını tam aradan qaldırmır. Belarus ildə 1,8–2 milyon ton, yəni ayda təxminən 150–170 min ton benzin ixrac etmək imkanına malikdir. Yay aylarında Rusiyada gündəlik benzin istehlakı isə ən azı 110 min ton təşkil edir.

Rusiyada yanacaq böhranı Ukraynanın pilotsuz uçuş aparatlarının neft infrastrukturu obyektlərinə endirdiyi zərbələr nəticəsində yaranıb. Bu səbəbdən ölkə digər dövlətlərdən daha çox benzin almağa məcbur olub. Daha əvvəl Rusiyanın Hindistandan benzin idxal etməyə başladığı, həmçinin Qazaxıstanla 50 min ton yanacaq alınması barədə danışıqlar apardığı bildirilmişdi. 

Tədarük marşrutlarının dəyişdirilməsi fonunda Mərkəzi Asiya ölkələri də bundan zərər görüb. Qırğızıstanın Energetika Nazirliyi iyul ayında Belarusa və qonşu ölkələrə yanacaq tədarükündə yardım göstərilməsi ilə bağlı müraciət edib. Çünki respublikaya idxal olunan benzinin 90 faizi Rusiyanın payına düşür.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Iyul 2026