• Bakı 26° C

    0.76 m/s

  • USD - 1.7

    EUR - 1.9459

    RUB - 2.1915

Marta Kos: Azərbaycan-Ermənistan-Türkiyə nəqliyyat əlaqələri daimi sülhə kömək edəcək

İQTİSADİYYAT

04 Iyul 2026 | 19:39

Marta Kos: Azərbaycan-Ermənistan-Türkiyə nəqliyyat əlaqələri daimi sülhə kömək edəcək

Azərbaycan, Ermənistan və Türkiyə arasında nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi Cənubi Qafqazda sülhün möhkəmlənməsinə kömək edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos "X" sosial media hesabında yazıb.

Onun sözlərinə görə, İrəvan, Bakı və Ankarada keçirilən yüksəksəviyyəli danışıqlar regional əlaqələrin inkişafı üzrə əməkdaşlığı yeni səviyyəyə qaldırıb.

“Mən Türkiyə, Azərbaycan və Ermənistan səfərindən yeni qayıtmışam. Orada kommunikasiya üzərində işimizi növbəti səviyyəyə qaldırdıq. Bu, Cənubi Qafqazda davamlı sülhə töhfə verə, eyni zamanda, Avropa ilə Asiya arasında ticarət və enerji marşrutlarını şaxələndirə bilər”, -deyə komissar bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR