• Bakı 12° C

    1.97 m/s

7-ci sinif şagirdi vəfat etdi

HADİSƏ

04 Iyul 2026 | 17:20 | Müəllif: Subhan Mahmudov

7-ci sinif şagirdi vəfat etdi

İmişlidə məktəbli komadan ayılmayıb.

Bakıvaxtı.az musavat.com-a istinadən bildirir ki, İmişli rayonu, Allahmədətli kənd ümumi orta məktəbinin 7-ci sinif şagirdi Kamilə Bədəlzadə vəfat edib.

Bu barədə məlumat məktəbin rəsmi sosial şəbəkə hesablarında paylaşılıb.

Bildirilib ki, bir neçə gün əvvəl Kamilə Bədəlzadənin halı pisləşib və o, komaya düşüb. Həkimlərin səylərinə baxmayaraq, məktəbli 5 gün komada qaldıqdan sonra həyatını itirib.

Məktəb rəhbərliyi və pedaqoji kollektiv Kamilə Bədəlzadənin vəfatından kədərləndiklərini bildirərək, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Oktyabr 2026