• Bakı 27° C

    1.98 m/s

  • USD - 1.7

    EUR - 1.9459

    RUB - 2.1915

Zelenski Putinə "ələ keçirilmiş" Konstantinovkada görüşməyi təklif edib

DÜNYA

04 Iyul 2026 | 15:36

Zelenski Putinə ələ keçirilmiş Konstantinovkada görüşməyi təklif edib

Ukrayna Prezidenti Volodimir Zelenski Almaniya Kansleri Fridrix Merts ilə cəbhədəki vəziyyəti, Ukraynanın "Patriot" sistemlərinin lazımi raketlərlə təmin edilməsi imkanını müzakirə edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Zelenski sosial şəbəkələrdə yazıb.

"İlk növbədə "Patriot" sistemlərimizi lazımi raketlərlə dəstəkləmək imkanı barədə danışdıq", – o bildirib.

Telefon danışığı zamanı Volodimir Zelenski həmçinin Rusiya qoşunlarının Donetsk vilayətindəki Konstantinovka şəhərini "nəzarətə götürməsi" barədə məlumatları təkzib edib.

Zelenski Fridrix Mertsə Rusiya Prezidenti Vladimir Putinlə məhz Konstantinovkada görüşməyə hazır olduğunu bildirib.

"Əgər Konstantinovka hazırda Rusiyanın nəzarəti altındadırsa, o zaman, görünür, Putinin orada mənimlə görüşməkdə və nəhayət, müharibəyə son qoymaq üçün diplomatik həll yolları tapmaqda heç bir problemi olmayacaq", - Zelenski əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Iyul 2026