• Bakı 24° C

    3.01 m/s

  • USD - 1.7

    EUR - 1.9459

    RUB - 2.1915

Enerji içkisi sevənlərə XƏBƏRDARLIQ

DÜNYA

04 Iyul 2026 | 01:10

Enerji içkisi sevənlərə XƏBƏRDARLIQ

“Enerji içkiləri tərkibindəki yüksək kofein səbəbindən yuxusuzluğa yol açmaqla yanaşı, insan orqanizmində gözlənilməz və ciddi fəsadlara da səbəb ola bilər”.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri stomatoloq Antonio Longo deyib.

Həkimin sözlərinə görə, enerji içkiləri ağız boşluğunun turşuluq (pH) balansını pozur və tüpürcək bunu dərhal bərpa edə bilmir. Zaman keçdikcə bu proses diş minasının zədələnməsinə, dişləri fırçalayarkən kəskin narahatlığa və soyuğa qarşı həssaslığın artmasına səbəb olur.

A. Longo əlavə edib ki, bu içkilərin tərkibindəki kofein insanlarda təkcə yuxusuzluq deyil, həmçinin, ürəkbulanma və qarın ağrısı, ishal, narahatlıq, əsəbilik və qıcıqlanma kimi halları yaradır.

Digər mütəxəssis, Dr. Pablo Turrion isə enerji içkilərinin yan təsirlərinə qarşı xüsusilə həssas olan qrupları açıqlayıb.

O bildirib ki, bəzi insanların bu içkilərdən tamamilə uzaq durması şərtdir:

“Hamilə və südverən qadınlar, yeniyetmələr, ürək-damar xəstəliklərindən əziyyət çəkənlər və xroniki yuxu pozğunluğu olan şəxslər enerji içkilərinin zərərli təsirlərinə qarşı ən müdafiəsiz qrupdur”./Qafqazinfo

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Iyul 2026