• Bakı 27° C

    1.98 m/s

  • USD - 1.7

    EUR - 1.9459

    RUB - 2.1915

Xamaneinin vida mərasimində diqqətçəkən görüntülər - VİDEO

DÜNYA

04 Iyul 2026 | 14:24

Xamaneinin vida mərasimində diqqətçəkən görüntülər - VİDEO

ABŞ və İsrailin hücumları nəticəsində həlak olan İranın ali dini lideri Əli Xamaneinin Tehranda keçirilən vida mərasimində diqqətçəkən məqamlardan biri Səudiyyə Ərəbistanı nümayəndə heyətinin qarşılanması olub.

Bakıvaxtı.az musavat.com-a istinadən bildirir ki, mərasimdə müxtəlif ölkələrdən rəsmi nümayəndə heyətləri iştirak edib. Səudiyyə Ərəbistanını isə xarici işlər nazirinin müavini Vəlid bin Xaricinin rəhbərlik etdiyi 6 nəfərlik nümayəndə heyəti təmsil edib.

Sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan məqamlardan biri Səudiyyə nümayəndə heyəti mərasim zalına daxil olarkən Qurani-Kərimdən "Ali-İmran" surəsinin 13-cü ayəsinin tilavət edilməsi olub. Sosial media istifadəçilərinin bir qismi bunun təsadüfi olmadığını, məhz Səudiyyə nümayəndələrinin gəlişi ilə əlaqədar həmin ayənin seçildiyini iddia edib.

Həmin ayədə Allah-Təala Bədr döyüşündə üz-üzə gələn möminlərdən ibarət ordu ilə kafirlərdən ibarət ordunun müqayisəsini təqdim edir.

Paylaşımlarda daha bir məqama da diqqət çəkilir. Bildirilir ki, Əfqanıstan nümayəndə heyəti zala daxil olarkən "Fəth" surəsinin 1-3-cü ayələri, Pakistan nümayəndə heyəti üçün isə "İsra" surəsinin 80-ci ayəsi oxunub.

Qeyd edək ki, mərasim zamanı oxunan ayələrin nümayəndə heyətlərinə xüsusi mesaj vermək məqsədi daşıdığı barədə rəsmi təsdiq yoxdur. Bu iddialar əsasən sosial şəbəkələrdə yayılan şərhlərə əsaslanır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Iyul 2026