• Bakı 27° C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 1.9459

    RUB - 2.1915

Ukrayna Peterburqdakı neft terminalını VURDU - YENİLƏNİB

DÜNYA

04 Iyul 2026 | 11:58

Ukrayna Peterburqdakı neft terminalını VURDU - YENİLƏNİB

Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov Ukraynanın şəhərdəki neft terminalına pilotsuz uçuş aparatları (PUA) ilə zərbə endirdiyini təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə qubernator öz teleqram kanalında yazıb.

"Hava Hücumundan Müdafiə (HHM) qüvvələri Sankt-Peterburq və Leninqrad vilayətinə PUA-ların hücumunu dəf edib. Zərbə şəhərin Kirov rayonundakı neft terminalının ərazisinə endirilib. Xəsarət alan yoxdur", - o qeyd edib.

A.Beqlov vurğulayıb ki, ümumilikdə HHM qüvvələri tərəfindən 72 PUA vurulub.

10:48

Sankt-Peterburq hökuməti Ukrayna tərəfindən pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirilən genişmiqyaslı hücum fonunda şəhər sakinlərini evdə qalmağa çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə şəhərin qubernatoru Aleksandr Beqlov öz teleqram kanalında yazıb

"Sankt-Peterburq PUA-ların genişmiqyaslı hücumuna məruz qalır. Hava hücumundan müdafiə vasitələri işləyir. Operativ qərargahın tövsiyələrinə uyğun olaraq, sakinlərdən evlərində qalmağı, küçəyə çıxmamağı xahiş edirəm. Mobil internetin işində fasilələr yarana bilər", - o qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Iyul 2026