• Bakı 27° C

    4.2 m/s

  • USD - 1.7

    EUR - 1.9459

    RUB - 2.1915

DÇ-2026: Argentina və Kolumbiya 1/8 finalda

İDMAN

04 Iyul 2026 | 08:52

DÇ-2026: Argentina və Kolumbiya 1/8 finalda

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə 2026-cı il dünya çempionatında 1/16 final mərhələsinin növbəti oyunları keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, Argentina və Kolumbiya milliləri rəqiblərini məğlub edərək adlarını 1/8 finala yazdırıblar.

Mayami stadionunda baş tutan qarşılaşmada Argentina millisi Kabo Verde ilə üz-üzə gəlib. Gərgin keçən matçın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Argentina yığmasının heyətində Lionel Messi 29-cu dəqiqədə hesabı açıb, Kabo Verdenin qoluna isə 59-cu dəqiqədə Deroy Duarte imza atıb.

Əlavə vaxtda "tanqoçular" üstünlüyü ələ alıblar. Lisandro Martines 92-ci dəqiqədə komandasını yenidən önə keçirib, 111-ci dəqiqədə isə Diney topu öz qapısından keçirərək Argentinanın üçüncü qoluna səbəb olub. Kabo Verdenin əlavə vaxtdakı yeganə qolunu 103-cü dəqiqədə Sidni Kabral vurub. Beləliklə, Argentina 3:2 hesablı qələbə ilə 1/8 finala yüksəlib və növbəti mərhələdə Misir millisi ilə qarşılaşacaq.

Pley-off mərhələsinin digər görüşündə isə Kolumbiya millisi Qana ilə üz-üzə gəlib. Qarşılaşmanın taleyini 14-cü dəqiqədə vurulan yeganə qol həll edib. Con Ariasın dəqiq zərbəsi Kolumbiyaya 1:0 hesablı qələbə qazandırıb.

Bu nəticə ilə Kolumbiya da 1/8 finala vəsiqə əldə edib. Komanda növbəti mərhələdə İsveçrə millisi ilə qarşılaşacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Iyul 2026