İspaniyanın "Barselona" klubu müdafiəçisi Jül Kundeni İngiltərənin "Mançester Yunayted" komandasına təklif edib.
Bakıvaxtı.az "TEAMtalk"a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 27 yaşlı fransalı futbolçu üçün 50 milyon avrodan çox məbləğ tələb edir.
Həftəlik 200 min funt-sterlinqdən çox maaş alan fransalının statusuna baxmayaraq, onun transferi "Mançester Yunayted" üçün prioritet hesab olunmur. Klub diqqətini orta xətti gücləndirməyə və yeni sol cinah müdafiəçisi tapmağa yönəldib.
Qeyd edək ki, 2025/2026 mövsümündə 47 oyunda meydana çıxan J.Kunde 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdir. "Transfermarkt" portalı oyunçunun dəyərini 60 milyon avro olaraq qiymətləndirir.
Bakı 



