“Taleh Mansurla Rauf Aslanov arasındakı qalmaqaldan xəbərim yoxdur".
Bu sözləri Bakıvaxtı.az -a Azərbaycan Yazıçılar Birliyinin sədri, Anar Rzayev adıçəkilən təşkilat üzvləri arasındakı qalmaqala münasibət bildirərkən deyib. O qeyd edib ki, nə pis xəbər olur, mütləq media ona zəng edir:
“Mən nə edə bilərəm?! Əslində onlar yola gedirlər. Sadəcə məsələni bir az şişirdirlər. Özləri danışıb, həll etsinlər. Yazıb, yazıb da, mən nə edim? Min dənə vacib işim var, hər qalmaqalla məşğul olmuram".
Qeyd edək ki, bu gün AYB üzvü, “Ulduz” jurnalının redaktoru Taleh Mansur AYB sədrinin müşaviri Rauf Aslanovu illərdir, ona qarşı qərəzli münasibət sərgiləməkdə ittiham edib.
Aydın
Bakı 



