• Bakı 27° C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 1.9459

    RUB - 2.1915

Türkiyədə 6 nəfər gənə yapışması nəticəsində ölüb

DÜNYA

04 Iyul 2026 | 12:10

Türkiyədə 6 nəfər gənə yapışması nəticəsində ölüb

Türkiyənin Sivas və Tokat bölgələrində 6 sakin gənə yapışması nəticəsində ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Bildirilib ki, Tokatın Artova rayonunun Poyrazalan kəndində heyvandarlıqla məşğul olan 60 yaşındakı A.K. yüksək qızdırmadan şikayət edərək yerli xəstəxanaya müraciət edib. Ancaq müalicəsi uğurlu nəticə verməyib. Sivasa xəstəxanaya aparılıb, ona Krım-Konqo hemorragik qızdırma (KKQQ) diaqnozu qoyulub. Bütün tibbi müdaxilələrə baxmayaraq A.K. ölüb.

Məlumata görə, o, bədəninə yapışan gənəni öz imkanları ilə çıxarıb. Ona görə fəsadı belə ağır olub.

İnformasiyaya əsasən, Sivasda bu il gənə yapışması nəticəsində ölənlərin sayı 6-ya yüksəlib. Səlahiyyətlilər ölümcül gənələr və KKQQ virusuna qarşı ehtiyatlı olmaq barədə xəbərdarlıq edirlər.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Iyul 2026