• Bakı 25° C

    4.77 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.182

Paşinyanın Rusiya səfəri nə vəd edir? - AÇIQLAMA

DÜNYA

03 Iyul 2026 | 16:36

Paşinyanın Rusiya səfəri nə vəd edir? - AÇIQLAMA

Ermənistanın Baş naziri Nikol Paşinyan “İnnoprom” beynəlxalq sənaye sərgisində iştirak etmək üçün Yekaterinburqa səfər edəcək. Ermənistan liderinin adı sərginin iştirakçıları siyahısında yer alıb.

Ermənistan Baş nazirinin iyulun 7-də Rusiya hökumətinin sədri Mixail Mişustinlə birlikdə Ural paytaxtına gedəcəyi və əsas strateji sessiyada çıxış edəcəyi gözlənilir. “İnnoprom-2026” iyulun 6-dan 9-dək Yekaterinburqda keçiriləcək.

Politoloq Məhəmməd Əsədullazadə Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Nikol Paşinyanın sərgidə iştirak etmək məqsədilə Rusiyaya səfəri zamanı əsasən iqtisadi və siyasi məsələlərin müzakirə olunacağı gözlənilir.

Analitik vurğulayıb ki, xüsusilə, Rusiya Paşinyanın son dövrdə apardığı siyasətdən narahatdır:

“Rəsmi Moskva bunu dəfələrlə müxtəlif səviyyələrdə ifadə edib. Düşünürəm ki, Nikol Paşinyan səfər çərçivəsində ikitərəfli münasibətləri müəyyən qədər normallaşdırmağa, həmçinin Avrasiya İqtisadi İttifaqı çərçivəsində iqtisadi əməkdaşlığı davam etdirməyə çalışacaq”.

Müsahibimiz qeyd  edib ki, məqsədlərdən biri də erməni məhsullarının Rusiyaya ixracı ilə bağlı problemlərin yaranmamasını təmin etməkdir. Lakin Rusiyanın da öz şərtləri var:

“Tərəflər arasında münasibətlər hazırda dərin böhran mərhələsindədir və hesab edirəm ki, yaxın perspektivdə onların tam normallaşması gözlənilmir”.

Məhəmməd Əsədullazadə: Rusiya müəyyən şərtlər irəli sürsə də, Paşinyan həmin şərtləri qəbul etməyəcək

Ekspert səfərdən xüsusi müsbət nəticələr gözləmədiyini söyləyib:

“Çünki Ermənistanın Baş naziri artıq öz siyasi seçimini edib və Qərblə daha sıx əməkdaşlıq kursunu davam etdirir. Rusiya tərəfi də bunu yaxşı anlayır. Buna görə də düşünürəm ki, Paşinyanın bu səfəri daha çox sərgidə iştirak xarakteri daşıyacaq. Rusiya müəyyən şərtlər irəli sürsə də, hesab edirəm ki, Paşinyan həmin şərtləri qəbul etməyəcək”.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR