• Bakı 24° C

    3.07 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.182

Coratda dənizdə boğulan şəxsə zəruri tibbi xidmətlər göstərilib - YENİLƏNİB

CƏMİYYƏT

03 Iyul 2026 | 17:57

Coratda dənizdə boğulan şəxsə zəruri tibbi xidmətlər göstərilib - YENİLƏNİB

Sumqayıt şəhəri, Corat qəsəbəsində dənizdə boğulan şəxsə zəruri tibbi xidmətlər göstərilib.

Bu barədə "Report"a Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 2004-cü il təvəllüdlü oğlan hospitalizasiya olunub.

Dənizdə boğulma təhlükəsi diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

***

17:10

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Corat qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən 900 metr aralı, dənizdə nəzarətsiz ərazidə 2 nəfərin batması barədə məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları çağırış üzrə cəlb olunub.

Dalğıc-xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı nəticəsində 2004-cü il təvəllüdlü Yarıyev Murad Azad oğlu xilas edilib, 1 nəfərin isə meyiti (qadın cinsli) suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR