• Bakı 24° C

    3.07 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.182

Bakıda açıq sahədə yanğın - VİDEO

CƏMİYYƏT

03 Iyul 2026 | 17:23

Bakıda açıq sahədə yanğın - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Babək prospektində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Bakıvaxtı.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

    Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq ərazidə baş vermiş yanğın genişlənərək ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində 2 hektar sahədə kol-kos və taxta tullantıları yanıb.

    Ətraf ərazilər, o cümlədən ağaclıq sahə yanğından mühafizə olunub.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR