Fransanın səhiyyə naziri Stefani Rist ölkədə isti hava dalğası nəticəsində 2000-dən çox insanın öldüyünü açıqlayıb.
Bakıvaxtı.az "TF1" televiziya kanalına istinadən xəbər verir ki, 22-28 iyun tarixləri arasında ölənlərin sayı 2025 nəfər olub.
Nazirin sözlərinə görə, 45 yaşdan yuxarı vətəndaşlar arasında ölüm halları artıb.
Fransa Meteorologiya Xidməti ölkənin 96 departamentindən 72-si üçün ən yüksək hava xəbərdarlıq səviyyəsi olan qırmızı səviyyəni elan edib.
Gülşən Şərif
Bakı 



