Məhkəmə "Rossiya Seqodnya" media qrupunun və RT-nin baş redaktoru Marqarita Simonyanın qətlinə cəhddə təqsirli bilinən Mixail Balaşovu 25 il müddətinə azadlıqdan məhrum edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti Daxili İşlər Nazirliyi və İstintaq Komitəsi ilə birlikdə məlumat yayıb.
Qeyd olunub ki, Ukrayna xüsusi xidmət orqanları Marqarita Simonyana qarşı sui-qəsd planı qurubmuş.
FTX-nin məlumatına görə, jurnalist Kseniya Sobçakın qətli də planlaşdırılıbmış.
"Paraqraf-88" qruplaşmasının üzvləri Moskva və Ryazan vilayətində həbs ediliblər. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, onlar Simonyan və Sobçakın iş və yaşayış ünvanları ilə bağlı kəşfiyyat məlumatları aparıblar.
Saxlanılan şəxslərdən içərisində patron, rezin dəyənəklər, bıçaqlar, mis dəyənəklər, qandallar eləcə də Kalaşnikov avtomatı olan çanta aşkar edilərək müsadirə olunub.
Saxlanılanlar hər qətl üçün 1,5 milyon rubl mükafat vəd etmək müqabilində Ukrayna Təhlükəsizlik Xidmətinin təlimatı ilə sui-qəsd cəhdləri hazırladıqlarını etiraf ediblər./Unikal
Bakı 



