Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb və onu ABŞ-ın müstəqilliyinin 250 illiyi münasibətilə təbrik edib.
Bakıvaxtı.az xəbər verir ki, bunu Almaniya Nazirlər Kabinetinin sözçüsü Ştefan Kornelius jurnalistlərə deyib.
"O (kansler) almanlar və amerikalılar arasındakı xüsusi əlaqəni vurğulayıb. Kansler və ABŞ Prezidenti Ankarada keçiriləcək NATO sammitindən əvvəl mövqelərini əlaqələndirmək fürsətindən istifadə ediblər.
Kansler vurğulayıb ki, Almaniya Avro-Atlantik bölgəsində təhlükəsizlik üçün daha böyük məsuliyyət daşıyacaq. NATO transatlantik olaraq qala bilmək üçün daha avropalı olacaq”, - deyə o bildirib.
Bakı 



