• Bakı 25° C

    4.77 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.182

Dövlət qurumlarına 457 kiberhücum edilib

CƏMİYYƏT

03 Iyul 2026 | 16:24

Dövlət qurumlarına 457 kiberhücum edilib

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın dövlət qurumlarına 457 kiberhücum indikatoru (IOC) müəyyən edib.

Bakıvaxtı.az-ın Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 9 % azdır.

Kibertəhdidlərin 306-sı daxili araşdırma, 156-sı isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.

Təkcə iyunda isə 38 kiberhücum müəyyən olunub ki, bu da 1 il əvvələ nisbətən 25 % azdır.

2025-ci ildə dövlət qurumlarına 850 kiberhücum qeydə alınıb ki, bunun da 372-si daxili araşdırma, 478-i isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR