• Bakı 19° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

8 oyunçuda dopinq aşkar edildi

İDMAN

03 Iyul 2026 | 20:50 | Müəllif: Subhan Mahmudov

8 oyunçuda dopinq aşkar edildi

2026-cı il Dünya Çempionatı ərəfəsində Tunis milli komandasının səkkiz oyunçusunun analizlərində qadağan olunmuş maddə (dopinq) aşkar edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda “The Times” nəşri məlumat yayıb.

İdmançıların qanında qadağan olunmuş klenbuterol maddəsinin izləri tapılıb. Ehtimal olunur ki, həmin maddə komandanın Meksikadakı təlim-məşq toplanışı zamanı verilən yerli ətdən keçib. Oyunçuların çıxış etdikləri klublara nəticələr barədə məlumat verilib, lakin ciddi sanksiyaların tətbiqi gözlənilmir.

Qeyd edək ki, Tunis millisi Dünya Çempionatının üçüncü mərhələsində Niderland komandasına məğlub olub. Oyun 3:1 hesabı ilə başa çatıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Oktyabr 2026
30 Oktyabr 2026