• Bakı 24° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.182

Daha bir itkin düşmüş şəhidimiz Kəlbəcərdə dəfn olundu

CƏMİYYƏT

03 Iyul 2026 | 20:10

Daha bir itkin düşmüş şəhidimiz Kəlbəcərdə dəfn olundu

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən Kamalov Bahadur Məhəmməd oğlu Kəlbəcər rayonunda dəfn olunub.

Bakıvaxtı.az xəbər verir ki, Zar kəndində keçirilən vida mərasimində şəhidin ailə üzvləri, yaxınları, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı və əməkdaşları, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər.

Cənazə namazı qılınaraq şəhidlərimizin ruhuna dualar oxunub.

Şəhidin nəşi yaylım atəşi altında torpağa tapşırılıb.

Qeyd edək ki, şəhid Bahadur Kamalov 1937-ci ildə Kəlbəcər rayonunun Zar kəndində anadan olub. O, 1993-cü il aprelin 5-də Murovdağ silsiləsində itkin düşüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR