• Bakı 18° C

    1.35 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Malidə bir neçə hərbi mövqeyə silsilə hücumlar edildi

DÜNYA

04 Iyul 2026 | 19:25 | Müəllif: Gülşən Şərif

Malidə bir neçə hərbi mövqeyə silsilə hücumlar edildi

Malinin şimal və mərkəzi hissələrində yerləşən bir neçə hərbi mövqe silahlı hücumlara məruz qalıb.

Bakıvaxtı.az xəbər verir ki, “Əzvad Azadlıq Cəbhəsi” Kidal bölgəsində yerləşən Anfif qəsəbəsinə, “İslama və müsəlmanlara yardım camaatı” adlandırılan silahlı qruplaşma isə Qao şəhərinə hücum təşkil edib.

Mali ordusunun yaydığı açıqlamada bildirilib ki, şənbə günü səhər saatlarında Acelhok, Anfif, Qao və Sevare şəhərlərindəki hərbi obyektlər hədəfə alınıb. Rəsmi məlumatda hücumları həyata keçirən qruplaşmaların adı açıqlanmayıb.

Məlumata görə, “Əzvad Azadlıq Cəbhəsi”nin silahlıları Kidal şəhərindən təxminən 100 kilometr aralıda yerləşən Anfif qəsəbəsinə daxil olublar. Hazırda qəsəbədə silahlı toqquşmaların davam etdiyi bildirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026