• Bakı 26° C

    1.64 m/s

  • USD - 1.7

    EUR - 1.9459

    RUB - 2.1915

Qazaxda maşın 67 yaşlı qadın piyadanı vurub

HADİSƏ

04 Iyul 2026 | 20:08

Qazaxda maşın 67 yaşlı qadın piyadanı vurub

Qazaxda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən rayon sakini 1959-cu il təvəllüdlü R.Məmmədovanı vurub.

Qadın dərhal xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR