• Bakı 26° C

    0.76 m/s

  • USD - 1.7

    EUR - 1.9459

    RUB - 2.1915

Yasamalda 46 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb

HADİSƏ

04 Iyul 2026 | 19:43

Yasamalda 46 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb

Yasamalda 46 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

Bildiirlib ki, narkokuryerlik etməkdə şübhəli bilindiyi üçün saxlanılan, əvvəllər məhkum olunmuş 42 yaşlı Nicat Ağayevdən 23 kiloqrama yaxın marixuana, tiryək və metamfetamin aşkarlanıb. Keçirilən digər əməliyyat zamanı saxlanılan, əvvəllər məhkum olunmuş 48 yaşlı Ramil Məmmədovdan isə 23 kiloqram 450 qram marixuana aşkarlanıb. Əməliyyatlar nəticəsində ümumilikdə 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Faktlarla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR