İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsinə admiral Əli Ozmai təyin olunub.
Bakıvaxtı.az xəbər verir ki, o bu vəzifədə ABŞ və İsrailin İrana endirdiyi zərbələr zamanı həlak olan admiral Əlirza Tanqsirini əvəz edib.
Məlumata görə, Əli Ozmai bundan əvvəl Fars körfəzində yerləşən Keşm və Kiş adalarını əhatə edən hərbi dairəyə rəhbərlik edib.
Qeyd edək ki, son günlər İran və ABŞ arasında atəşkəs rejiminin pozulması ilə bağlı qarşılıqlı ittihamlar səsləndirilir. ABŞ İranı Hörmüz boğazında atəşkəsi pozmaqda günahlandırdığı halda, Tehran da Vaşinqtonun razılaşmanın şərtlərini pozduğunu bəyan edib.
Bakı 



