Yevlaxda zəncirvari yol qəzası baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Əkşəm kəndi yaxınlığından keçən magistral yolda baş verib.
Belə ki, "Shevrolet"markalı avtomobil sürücüsü idarəetməni itirərək, iki"Mersedes" markalı avtomobillərə çırpılıb.
Hadisə zamanı "Mercedes"lərdən birinin sürücüsü və sərnişini -yeniyetmə qız müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma başlanıb.
Murad İsmayıl
Bakı 



