• Bakı 26° C

    1.64 m/s

  • USD - 1.7

    EUR - 1.9459

    RUB - 2.1915

Çin şirkəti "Louis Vuitton"a 1,5 milyon dollar təzminat ödəyəcək

DÜNYA

04 Iyul 2026 | 20:25

Çin şirkəti Louis Vuittona 1,5 milyon dollar təzminat ödəyəcək

Çin məhkəməsi "Louis Vuitton Malletier" şirkətinin əmtəə nişanından qanunsuz istifadə etdiyinə görə, Çinin "Molly Tea" çay istehsalı şirkətiniт 10.3 milyon yuan (təxminən 1.5 milyon dollar) təzminat ödəməsi barədə qərar çıxarıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Fengmian" internet nəşri məlumat yayıb.

Bildirilib ki, Çin şirkəti məhkəmənin bu qərarından şikayət etmək niyyətindədir.

Suçjou şəhər məhkəməsi müəyyən edib ki, südlü çay istehsalçısı və onun filialı "Louis Vuitton Malletier"ə məxsus qeydiyyatdan keçmiş yeddi əmtəə nişanı üzrə müstəsna hüquqları pozub.

Məhkəmənin qərarına əsasən, Fransa brendinə dəymiş iqtisadi ziyana görə 10 milyon yuan, hüquqların müdafiəsi xərclərinə görə isə 300 000 yuan (təxminən 44 200 dollar) ödənilməlidir. Eyni zamanda, mağazanın özünün də 100 000 yuan (təxminən 14 700 dollar) məbləğində kompensasiya ödəməsi tələb olunur. Bundan əlavə, "Molly Tea" şirkəti əmtəə nişanı ilə bağlı yaranmış vəziyyətə aydınlıq gətirən rəsmi bəyanat yaymalıdır.

Xatırladaq ki, "Louis Vuitton Malletier" 2025-ci ilin may ayında "Molly Tea"yə qarşı məhkəmə iddiası qaldırıb. Buna səbəb Çin şirkətinin loqotipindəki dördləçəkli gül forması ilə "Louis Vuitton"un firma ornamenti arasındakı bənzərlik olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR