Rusiya müharibənin 1622-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 673 təyyarəsi, 284 helikopteri, 196 070 PUA-sı, 669 zenit-raket kompleksi, 30 411 tank və digər zirehli texnikası, 1 768 reaktiv yaylım atəş sistemi, 36 016 artilleriya və minaatanı, 68 210 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
Bakı 



